• Bakı 17° C

    1.89 m/s

Deputatlarımız Strasburqa gedir

CƏMİYYƏT

19 Yanvar 2024 | 17:11

Deputatlarımız Strasburqa gedir

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov və Sevil Mikayılova Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Bu barədə Bakıvaxtı.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, yanvarın 20-də reallaşacaq səfərdə məqsəd AŞPA-nın qış sessiyasında iştirak etməkdir.

Yanvarın 22-dən 26-dək keçiriləcək sessiyada AŞPA Bürosunun, Daimi Komitəsinin, Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının hesabatları dinləniləcək, bəzi təşkilati işlərə baxılacaq,

Serbiyada erkən parlament seçkilərinin müşahidəsinin nəticələri, Yaxın Şərq və Avropa regionundakı vəziyyət nəzərdən keçiriləcək, Avropa həbsxanalarında sistemli işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar, üzv dövlətlərdə media azadlığı və jurnalistlərin təhlükəsizliyinin təmini kimi məsələlər müzakirə olunacaq və müvafiq qərarlar qəbul olunacaq.

Deputatların səfəri yanvarın 27-də başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR