• Bakı 13° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Nazirlik sürücülərə xəbərdarlıq etdi

CƏMİYYƏT

18 Fevral 2024 | 13:40 | Müəllif: Subhan Mahmudov

Nazirlik sürücülərə xəbərdarlıq etdi

Dağlıq ərazilərdə fevralın 21-dək şaxta olacağı, gecə və səhər saatlarında yolların buz bağlayacağı proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova  məlumat yayaraq sürücüləri ehtiyatlı olmağa çağırıb.

"Sinoptiklərimizin məlumatına görə, əvvəlcədən xəbər verdildiyi kimi dağlıq və dağətəyi rayonlarda qarlı  hava şəraiti müşahidə olunur. 

Hazırda qar örtüyünün hündürlüyü Şahdağ, Qrızda 10 sm, Qusarda 9 sm, Xınalıqda 6 sm, Qubada 3 sm, Xaltan, İsmayıllı, Şabran, Göygöl, Altıağacda 2 sm-dir. 

Müşahidə olunan yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar dağlıq rayonlarda yolların buz bağlaması istisna olunmur. Əsasən də Quba-Qusar, İsmayıllı,  Şamaxı-Ağsu aşırımı istiqamətlərində.  

Gecə və səhər saatlarında şaxtalı hava şəraiti fevralın 21-dək davam edəcək. 

Bununla əlaqədar olaraq sürücülərin  yollarda ehtiyatlı olması tövsiyə edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR