• Bakı 24° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Azərbaycandan Həccə sənəd qəbulu niyə dayandırıldı?

CƏMİYYƏT

19 Mart 2024 | 12:25

Azərbaycandan Həccə sənəd qəbulu niyə dayandırıldı?

“Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün indiyədək müraciət edənlərin sayı ayrılan kvotanın yarısını ötüb”.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) bildirilib.

Qurumdan verilən məlumatına görə, Novruz bayramı ilə əlaqədar olaraq dayandırılan müraciətlərin qəbulu martın 25-dən davam edəcək.

Qeyd edək ki, 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarların sənədlərinin qəbuluna fevralın 12-dən başlanılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir.

Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Günəş Mərd

 


SON XƏBƏRLƏR

26 Aprel 2024