• Bakı 16° C

    11.12 m/s

  • USD - 1.7

    EUR - 1.8199

    RUB - 0.0182

Qərbi Azərbaycanın tarixi haqqında məlumatlılıq səviyyəsi necədir? - SORĞU

CƏMİYYƏT

18 Aprel 2024 | 11:10

Qərbi Azərbaycanın tarixi haqqında məlumatlılıq səviyyəsi necədir? - SORĞU

“Vətəndaşlarımız arasında aparılan rəy soğrusunun nəticələri dövlət siyasətinin daha da zənginləşdiliməsinə xidmət edir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu “...Biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq...” İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti” adlı konfransda Milli Məclisin deputatı, STM-nin Udarə Heyətinin sədri Zahid Oruc deyib.

Millət vəkili vətəndaşlar arasında keçirilən sorğunun nəticələrini diqqətə çatdırıb.

Onun sözlərinə görə, ilk sual "Zəngəzur, İrəvan və Göyçənin (yəni, Qərbi Azərbaycanın) tarixi haqqında məlumatlılıq səviyyəsi necədir" olub.

Keçirilən ictimai rəy sorğusunun nəticəsinə əsasən, sorğuda iştirak edən respondentlərin 13.4%-i Zəngəzur, İrəvan və Göyçənin (yəni Qərbi Azərbaycanın) tarixi haqqında çox məlumatlı olduğunu, 58.8% respondent əsasən məlumatlı olduğunu bildirib.

Sorğuda iştirak edən respondentlərin 6.4%-i əsasən məlumatlı olmadığını, 21.4%-i isə heç məlumatlı olmadığını qeyd edib

Mina Mikayılova


SON XƏBƏRLƏR

30 Aprel 2024