• Bakı 19° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Önəmli və vacib bir prosesin başlanğıcı: Sülh sazişi bu tarixədək imzalana bilər

SİYASƏT

30 Aprel 2024 | 14:17

Önəmli və vacib bir prosesin başlanğıcı: Sülh sazişi bu tarixədək imzalana bilər

Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında məlum razılaşmadan sonra proses davam etməkdədir.

Bakıvaxtı.az xəbər verir ki, sonuncu məlumata görə, demarkasiya prosesi və geodeziya ölçmələri çərçivəsində artıq 35 dirək quraşdırılıb. Tərəflər arasında sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin yarısından çoxu yerinə yetirilib. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç Ermənistanla Azərbaycan arasında delimitasiya prosesi haqqında əldə edilmiş razılaşmanı alqışlayıb.

Millət vəkili Ceyhun Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında demarkasiya prosesi sürətlənib.

Deputat vurğulayıb ki, qısa zamanda 35 sərhəd dirəyinin quraşdırılması təqdirəlayiq haldır:

"Bu, onun göstəricisidir ki, bu gün iki ölkə arasında münasibətlər normallaşmaya doğru gedir. Amma nəzərə alaq ki, proses çox ağır və mürəkkəbdir, heç də asan deyil. Ermənistan daxilində mitinqlər, etiraz aksiyaları başlayıb. Həm daxildən, həm də xaricdən İrəvan hakimiyyətinə ciddi təzyiqlər var. Bu da prosesi çətinləşdirir. Buna rəğmən, Azərbaycan-Ermənistan arasında danışıqların davam etdirilməsi, müzakirələrin getməsi ümid verir ki, Azərbaycan müəyyən məqsəd və hədəflərinə nail olacaq”.

Ceyhun Məmmədov: Ermənistana edilən ciddi təzyiqlər prosesi çətinləşdirir

Müsahibimizin sözlərinə görə, prosesin bu formada irəliləməsi müsbət haldır:

“Komissiyların, işçi qrupların işləməsi, tərəflərin müəyyən məsələlərdə razılaşması göstərir ki, artıq yol xəritəsi var. Çox önəmli və vacib bir prosesin başlanğıcındayıq. Çox da uzaq olmayan müddətdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Bunu istisna etmirəm. Çünki sülhün əldə olunması üçün kifayət qədər fürsət və imkanlar var. Ən əsası odur ki, artıq real addımlar atılır, əməli işlər görülür. Düşünürəm ki, COP 29-a qədər sülh müqaviləsi imzalana bilər. Kənar müdaxilələr və maneələr olmazsa, Ermənistanla münasibətləri növbəti mərhələyə daşıya bilərik".

Aydın Baxış


SON XƏBƏRLƏR

20 May 2024