• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rusiyanın Xankəndidə konsulluq arzusu nəyə hesablanıb?

SİYASƏT

30 May 2024 | 13:31 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın Xankəndidə konsulluq arzusu nəyə hesablanıb?

Rusiya Xankəndidə yaxın vaxtlarda baş konsulluq açmaq istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. Onun sözlərinə görə, baş konsulluğun 2024-cü ildə açılması yaxşı olardı:

"Bu, bizə qarşılıqlı konsulluq üzrə fərqi aradan qaldırmağa imkan verəcək".

Rusiyanın Xankəndidə baş konsulluq açmaq niyyətini Bakıvaxtı.az-a dəyərləndirən siyasi şərhçi Fuad Abbasov deyib ki, Azərbaycanın müxtəlif şəhərlərində rus əsilli vətəndaşlarımız, o cümlədən Rusiya vətəndaşları yaşayırlar.

Ekspert diqqət çəkib ki, amma nədənsə, həmin şəhərlərdə konsulluq olması ilə bağlı Rusiya heç vaxt Bakıya rəsmi müraciət etməyib:

"Heç bir Rusiya vətəndaşının, rusun yaşamadığı Xankəndidə onlara "xidmət" üçün konsulluq tələb olunması təəccüb doğurur. Əlbəttə, Moskvanın belə bir müraciətinə rəsmi Bakının müsbət cavab verəcəyi ehtimalı böyükdür. Amma məhz indiki məqamda belə bir tələbin gündəmə gəlməsi müəyyən suallar yaradır. Eyni sualı İran hökumətinə də ünvanlaya bilərik. Niyə heç bir iranlının olmadığı Ermənistan şəhərlərində İranın konsulluğu, yaxud əksinə, heç bir erməninin yaşamadığı Təbrizdə erməni konsulluğu fəaliyyət göstərsin ki?!”

Fuad Abbasov: Heç bir Rusiya vətəndaşının yaşamadığı Xankəndidə konsulluq açmaq təəccüb doğurur

Müsahibimiz qeyd edib ki, konsulluqla bağlı tələblər bir siyasətdir:

“Kremlin də konsulluq xahişi siyasi gedişdir. Məqsəd Qarabağda mövcudluğunu qorumaq, öz siyasətini həyata keçirməkdir. Yəni bölgədən rus hərbçiləri çıxarılsa da, oraya rus diplomatları yerləşdirilir. Bu da ondan xəbər verir ki, Rusiya hansı yolla olur-olsun, Azərbaycan-Ermənistan danışıqlarında rol almaq, prosesin içində olmaq istəyir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026