"ABŞ Tayvandan Çinə qarşı təxribatda istifadə edə bilər".
Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib.
Onun sözləriə görə, ABŞ Tayvan və Cənubi Çin dənizi ətrafında vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir.
Tayvan və Cənubi Çin dənizi ətrafında vəziyyəti gərginləşdirməklə, hər an Ukrayna ssenarisinə görə Çini təhrik etmək üçün istifadə edilə bilər, Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib.
"Vaşinqtonun müttəfiqləri ilə birgə NATO-nun məsuliyyət zonası kimi elan edilmiş Asiya-Sakit okean regionunda uzunmüddətli gərginlik mənbəyi yaratmaq istəyi var. Bu vəziyyətdən hər an Ukrayna ssenarisinə uyğun olaraq Çini təxribata çəkmək üçün istifadə oluna bilər", - deyə diplomat əlavə edib.
Gülşən Şərif












jpg-1719582339.webp)



