• Bakı 13° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.8505

    RUB - 0.0187

Hərbçilərimizin qatıldığı “Kurtaran-2024” hərbi təlimləri başa çatıb

Gündəm

30 Aprel 2024 | 15:07

Hərbçilərimizin qatıldığı “Kurtaran-2024” hərbi təlimləri başa çatıb

Türkiyənin Marmaris şəhərində Azərbaycan hərbçilərinin də iştirak etdiyi “Kurtaran-2024” hərbi təlimləri başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, təlimlərdə Türkiyə və Azərbaycanla yanaşı, ABŞ, Banqladeş, Bəhreyn, Bolqarıstan, Braziliya, Mərakeş, Misir, Malayziya, Mozambik, Pakistan, Səudiyyə Ərəbistanı, Tailand və Oman iştirak edib.

Manevrlər aprelin 24-də başlayıb və 6 gün davam edib.

Təlimlərdə Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Sahil Mühafizəsinin şəxsi heyətləri iştirak ediblər.

Hazırlıqlar çərçivəsində müxtəlif manevrlər icra edilib.

Eyni zamanda qarşılıqlı təcrübə mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

16 May 2024