• Bakı 8° C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni doğulan körpələrin sayı ilbəil azalır - Qrafik

GÜNDƏM

30 May 2024 | 13:23

Yeni doğulan körpələrin sayı ilbəil azalır - Qrafik

“Uşaqlarımız getdikcə azalır. Soruşacaqsınız necə? Axı hər gün neçə-neçə körpə doğulur. Hər qurulan yeni ailədə ən azı bir körpə dünyaya gəlir. Belə olan halda azalma nə dərəcədə realdır?”.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Samir Əliyev bildirib.

S.Əliyevin sözlərinə görə, bunu statistikamız deyir: “Məsələn, çox da uzaq olmayan dövrdə - 2005-ci ildə əhalinin 31,8 %-i 17 yaşına qədər uşaqlar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 26,3%-ə düşüb. Təsəvvür edin 19 il öncə əhalinin hər 3-cü şəxsi uşaq olduğu halda hazırda bu rəqəm hər 4-cü şəxsinə qədər azalıb”.

Ekspert vurğulayıb ki, azalma özünü daha çox qız uşaqlarında göstərir: “Bu müddətdə oğlan uşaqlarının sayı 2,1 % artdığı halda qızların sayı 6 % azalıb. Bununla da oğlan və qız uşaqları arasındaki gender fərqi 2,5%-dən 3,7 %-ə yüksəlib”.


Yeni doğulan körpələrin sayı ilbəil azalır - Qrafik
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026