• Bakı 11° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

QMİ nümayəndə heyəti Məkkəyə səfər edib

GÜNDƏM

30 May 2024 | 13:37

QMİ nümayəndə heyəti Məkkəyə səfər edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) inzibati nümayəndə heyəti Həcc ziyarəti ilə əlaqədar Səudiyyə Ərəbistanının Məkkə şəhərinə səfər ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə QMİ-dən bildirilib.

İdarənin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, inzibati heyət Həccdən öncəki hazırlıqları, zəvvarların hava limanında qarşılanması, yerləşdiriləcəyi hotellərin müəyyənləşdirilməsi, xidmət personalının, qidalanma və s. məsələlərin həllini təmin edəcək.

Artıq nümayəndə heyəti hazırlıqlarla bağlı öz işinə başlayıb.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün azərbaycanlı zəvvarlara 1500 nəfərlik kvota ayrılıb. Ziyarət üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək. Həcc ziyarətinin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir.

Xatırladaq ki, iyunun 16-sı və 17-də Azərbaycanda Qurban bayramıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR