• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Avrozonada inflyasiya açıqlandı

İQTİSADİYYAT

30 Aprel 2024 | 14:07 | Müəllif: Gülşən Şərif

Avrozonada inflyasiya açıqlandı

Avrozonada aprel ayı üzrə inflyasiya səviyyəsi açıqlanıb.

Bakıvaxtı.az "Haber Global"a istinadən xəbər verir ki, bununla bağlı Avro Bölgəsində İstehlak Qiymətləri İndeksi (TÜFE) məlumat yayıb. 

Məlumata görə, avrozonada aprel ayı üzrə inflyasiya səviyyəsi 2,4 faiz müəyyən olunub. Bu, mart ayında olan inflyasiyanın aprel ayında da eyni səviyyədə qaldığını göstərir.

TÜFE-nin açıqlamasında bildirilib ki, aprel ayında Almaniya və Fransada inflyasiya 2,4 faiz, İtaliyada 1 faiz, İspaniyada isə 3,4 faiz təyin olunub.

Qeyd edək ki, il ərzində ən yüksək illik qiymət artımı 3,7 faiz ilə xidmətlər sektoruna məxsusdur. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026