Səudiyyə Ərəbistanı və Avstriya arasında iqtisadi əməkdaşlıq memorandumu imzalanıb.
Bakıvaxtı.az "arab.news"a istinadən xəbər verir ki, bununla bağlı Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma Nazirliyi məlumat yayıb.
Məlumata görə, memorandum təcrübə və məlumat mübadiləsi, ticarət, sənaye, tədqiqat və inkişaf, turizm, kiçik və orta sahibkarlıq daxil olmaqla, bir sıra sahələrdə əməkdaşlığı təşviq edəcək. Aanlaşma Memorandumu Səudiyyə Ərəbistanının İqtisadiyyat və Planlaşdırma naziri Feysəl bin Fadel Əl-İbrahim və Avstriyanın Əmək və İqtisadiyyat naziri Martin Koçer tərəfindən imzalanıb.
Memorandum çərçivəsində dövlət qurumları və özəl sektor arasında əməkdaşlıqdan yanaşı, konfransların, seminarların və ekspertlər arasında səfərlərin mübadiləsinin təşkili də var.
Gülşən Şərif



jpg-1719552434.webp)






jpg-1719473090.webp)




