• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Avrozonada şirkətlərə verilən kreditlər 0,3 faiz artıb

İQTİSADİYYAT

27 Iyun 2024 | 16:14

Avrozonada şirkətlərə verilən kreditlər 0,3 faiz artıb

May ayında avrozonada maliyyə qurumları, xüsusilə banklar tərəfindən şirkətlərə verilən kreditlərin həcmində 0,3 faiz artım qeydə alınıb.

Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bu, Avropa Mərkəzi Bankının (ECB) may ayı üçün açıqladığı korporativ və istehlak kreditlərinə dair hesabatında qeyd olunub. 

Hesabata əsasən, aprel ayında illik bazda şirkət kreditlərində 0,2 faizlik artım müşahidə olunub. Bundan başqa, istehlak kreditləri 2023-cü ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz artıb.

Qeyd edək ki, Avropa Mərkəzi Bankı (AMB) 2019-cu ildən bəri ilk dəfə olaraq iyun ayında əsas faiz dərəcələrini 25 baza bəndi azaldıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024