• Bakı 24° C

    1.88 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Dövlət xəttilə ipoteka kreditləşməsinin həcmi açıqlandı

İQTİSADİYYAT

27 Iyun 2024 | 11:12

Dövlət xəttilə ipoteka kreditləşməsinin həcmi açıqlandı

Bu ilin yanvar-may aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 215,8 milyon manat kredit verilib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 15,8 % azalaraq 134,9 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 2,5 dəfə artaraq 250 milyon manat olub, 1 il bundan əvvəl olduğu kimi Fonda dövlət büdcəsindən 43,8 milyon manat vəsait ayrılıb.


SON XƏBƏRLƏR

29 Iyun 2024