Yeni Dehli 6 illik fasilədən sonra Rusiyadan buğda almağa hazırlaşır.
Bakıvaxtı.az "The Economic Times"a istinadən xəbər verir ki, Yeni Dehli azalan tədarükləri artırmaq və artan qiymətləri sabitləşdirmək üçün Rusiya taxılına 40% idxal vergisini qaldırmağı planlaşdırıb.
Qərarın parlament seçkiləri başa çatdıqdan sonra qəbul olunacağı gözlənilir.
Qeyd edək ki, hazırda Hindistan taxıl, o cümlədən buğda idxalına ciddi məhdudiyyətlər qoyub. Bu məhdudiyyətlər milli istehsalçıları qorumaq üçün 2018-ci ildə tətbiq edilib.
Gülşən Şərif
















