• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Mərkəzi Bankdan yeni 1 qəpikliklərlə bağlı - Açıqlama

İQTİSADİYYAT

29 May 2024 | 12:43

Mərkəzi Bankdan yeni 1 qəpikliklərlə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 20-də yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxdığını elan etdi. Yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Bakıvaxtı.az  AMB-yə yeni tədavülə buraxılan 1 qəpikliklərin istehsal və dövriyyəyə buraxılma xərclərinin nədən ibarət olması ilə bağlı sorğu ünvanlayıb.

    Mərkəzi Bankdan bildirilib ki, milli pul nişanlarının istehsalı AMB-nin sifarişləri əsasında beynəlxalq istehsalçı şirkətlər tərəfindən həyata keçirilir. İstehsal xərcləri istehsal dövründən, həcmindən və digər faktorlardan asılı olaraq dəyişə bilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR