• Bakı 18° C

    2.12 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.0187

Lavrovla telefon danışığı təhrif olundu

DÜNYA

30 Aprel 2024 | 20:23

Lavrovla telefon danışığı təhrif olundu

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun tacikistanlı həmkarı Sirociddin Muxriddin arasında telefon danışığı olub. 

Bakıvaxtı.az Rusiya mediasına istinadən xəbər verir ki, nazirlər arasındakı dialoq Tacikistan tərəfindən təhrif olunaraq yayılıb.

Danışıqlara dair düzgün məlumat Rusiya Xarici İşlər Nazirliyinin saytıdna yer alıb. 

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin ilə Rusiya Federasiyasının terrorizmlə mübarizə siyasətini müzakirə edib.

Telefon danışığı zamanı Lavrov vurğulayıb ki, Rusiya Federasiyasının terrorizmlə mübarizədə gördüyü tədbirlər konkret millətə və ya dinə qarşı yönəlməyib və müvəqqəti xarakter daşıyır. Bir gün əvvəl Rusiyanın Düşənbədəki səfirinə Tacikistan vətəndaşlarının “hüquqlarının pozulması” və vətəndaşlarının Rusiyaya girişindən “əsassız imtina halları” ilə bağlı nota təqdim edilib.


SON XƏBƏRLƏR