• Bakı 17° C

    0.82 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı

CƏMİYYƏT

30 Aprel 2024 | 17:38

İrandan idxal olunan ərzaq məhsullarında göbələk aşkarlandı

İrandan Azərbaycana idxal olunan bəzi ərzaq məhsullarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bakıvaxtı.az-a verilən məlumata görə, İranda fəaliyyət göstərən sahibkarlıq subyektləri − “Soda Tejarat Diba”, “Tolidi Bazargani Modern Sazan Mandegar”, “Behzad Tejarat Aras İlman”, “Maham Tejarat Dena Paydar”, “Asia Fruits”, “Hamid Fallah Co.” və "Seyed Reza Farahmandnia" MMC tərəfindən ölkəmizə ixrac edilən xurma, püstə, zirinc və qovrulmuş çətənə məhsullarından nümunələr götürülüb, analiz edilib.

Müayinələr nəticəsində məhsul partiyalarında “Kif-maya” göbələklərinin və “Aflatoksin B1” miqdarının normadan artıq olduğu aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Bununla əlaqədar Agentlik İran tərəfinə notifikasiya verib, adıçəkilən subyektlər tərəfindən Azərbaycana məhsul ixracının dayandırılması və baş verən uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsinin zəruriliyi bildirilib.


SON XƏBƏRLƏR

20 May 2024