Son günlər "TikTok" sosial şəbəkəsində Azərbaycan bayrağının rənglərini özündə əks etdirən qutular paylaşılır.
Bakıvaxtı.az xəbər verir ki, sözügedən paylaşımların birində də qutulara soğan yığıldığı aydın şəkildə sezilir.
Videonu paylaşan şəxsin iddialarına görə, o qutulardakı soğan Rusiya bazarlarına satışa çıxarılır. “Bayrağımızın rəngləri ilə bəzədilən qutular sonra zibil qablarına atılır”, - deyə videonu paylaşan şəxs bildirir.
Ziyafət Əlisoy
















