• Bakı 22° C

    0.5 m/s

  • USD - 1.7

    EUR - 1.8284

    RUB - 0.0198

Qabiliyyət imtahanları başlayıb

CƏMİYYƏT

29 Iyun 2024 | 12:10

Qabiliyyət imtahanları başlayıb

Musiqi sənəti istiqaməti üzrə qabiliyyət imtahanlarına start verilib.

Dövlət İmtahan Mərkəzindən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahanlar Bakıda, Bülbül adına orta ixtisas musiqi məktəbində keçirilir.

Bu gün İnstrumental ifaçılıq (18, 19, 20, 22-ci komissiyalar), Vokal sənəti (24-cü komissiya), Dirijorluq (27-ci komissiya), Musiqişünaslıq (30‑cu komissiya) ixtisasları üzrə qeydiyyatdan keçən 120 abituriyentin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanlar iki növbədə təşkil olunur və iyulun 5-d'k davam edəcək.


SON XƏBƏRLƏR

01 Iyul 2024