• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Peşə təhsili müəssisələrində tədris planında dəyişiklik - dərslər...

CƏMİYYƏT

29 Iyul 2024 | 11:37

Peşə təhsili müəssisələrində tədris planında dəyişiklik - dərslər...

Peşə təhsili müəssisələrinin saxlanması üçün büdcədən ayrılan vəsait artırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı bu gün keçirilən brifinqdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov deyib.

    O bildirib ki, son beş ildə Peşə təhsili müəssisələrinin saxlanılmasına ayrılan vəsait 50 faiz artıb.

    "Peşə təhsili müəssisələrinə tələbə qəbulunun da bu il artacağını gözləyirik. Qəbul planı Bakı üzrə 40, regionlar üzrə isə 60 faizdir. Biz bir çox müəssisələrimizdə qəbulu maksimuma çatdırmışıq. Artıq tədris planında edilən dəyişikliyə əsasən bu il Bakıda bir çox peşə təhsili müəssisələrində dərslər iki növbəli təşkil ediləcək" - deyə o qeyd edib.

    Ceyhun Kərəmov, həmçinin növbəti tədris ilindən tədris ediləcək 9 yeni ixtisas barədə də məlumat verib. O bildirib ki, yeni tədris ilindən peşə təhsilində 9 yeni ixtisas tədris olunacaq:

    "Buraya duronların texniki xidməti və təmiri üzrə texnik, kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis, qida və içki üzrə mütəxəssis, elektrik və hibrid avtomobillərin təmiri, nəqliyyat sistemlərinin texniki istismarı (hava nəqliyyatı üzrə), alternativ enerji qurğu və avadanlıqlarının istismarı, günəş panelləri quraşdırıcısı və təmirçisi, tibbi avadanlıqların təmiri və xidməti elektromexaniki, suvarma maşınları və nass qurğuları maşinisti aiddir".

    Direktor vurğulayıb ki, yeni tədris ili üçün ən çox plan yerləri aşpaz ixtisası üzrə ayrılıb.


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2024