• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib

CƏMİYYƏT

28 Avqust 2024 | 11:15

Əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-iyul aylarında əlilliyi olan şəxslərə 64 min reabilitasiya vasitəsi verilib.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 4,5 mini təkərli oturacaq (o cümlədən 148-i mühərrikli təkərli oturacaq), 1434-ü aşağı və yuxarı ətraf protezi, 1527-si eşitmə aparatı, 1602-si qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 2106 cüt protez ayaqqabı, 3581 cüt ortopedik ayaqqabı, 51 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 7 ayında ümumilikdə 8,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.


SON XƏBƏRLƏR

13 Sentyabr 2024