Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin şəhid ailəsi üzvləri üçün vakansiya seçimi mərhələsi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, şaid ailəsinin üzvü olan namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olmaqla seçim edə biliblər.
Qeyd edək ki, test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər vakant yerlərin seçiminə buraxılır.
Namizədlər 8 vakant yer seçə bilərlər.
Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri ardıcıllığa əsasən aparılır.
Bu həftə digər namizədlər üçün də vakansiya seçiminin elan olunacağı gözlənilir.
Şəhid ailəsi üzvləri üçün vakansiya seçimi BAŞA ÇATIB
CƏMİYYƏT
29 Iyul 2024 | 10:27
jpg-1722234482.jpg)
SON XƏBƏRLƏR
10:01
08:58
27 Sentyabr 2026
21:05















