• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycanda hər 10 min uşağa 13 pediatr düşür

CƏMİYYƏT

27 Avqust 2024 | 20:59 | Müəllif: Subhan Mahmudov

Azərbaycanda hər 10 min uşağa 13 pediatr düşür

2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 3544 pediatr həkim fəaliyyət göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" məcmuəsində əks olunub.

Qeyd edilib ki, 18 yaşınadək uşaqların hər on min nəfərinə 13 həkim - pediatr düşür. Xəstəxanalarda uşaqlar üçün 4 271 nəfərlik çarpayı fondu var. Ölkədə 11 uşaq sanatoriyası fəaliyyət göstərir.

Qeyd edək ki, 2016-cı ildə 18 yaşınadək uşaqların hər on min nəfərinə 15 həkim-pediatr düşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026