• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Naxçıvanda 137 namizəd müəllim adını qazanıb

CƏMİYYƏT

28 Avqust 2024 | 09:06 | Müəllif: Əli Hüseynov

Naxçıvanda 137 namizəd müəllim adını qazanıb

Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Bakıvaxtı.az Naxçıvanın Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müsabiqədə iştirak edən namizədlərdən 137-si müəllim adını qazanıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasıı Təhsil Nazirliyinin təşkilatçılığı ilə hər bir namizədə bərabər imkanlar yaradılmaqla, şəffaflıq təmin edilməklə keçirilən müsabiqənin test mərhələsinə 1 667 namizəd dəvət olunub, onlardan 1 341-i (80,4 faizi) imtahanda iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026