• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

"Qoluzorlular": Azərbaycanlı idmançıların həyatından qaranlıq anlar

CƏMİYYƏT

29 Iyul 2024 | 10:48

Qoluzorlular: Azərbaycanlı idmançıların həyatından qaranlıq anlar

İdman sağlamlığın rəhnidir. Bu işlə məşğul olan insanlar öz sağlamlıqlarına rəhn verdikləri qədər həm də rəhmli olmağı bacarmalıdırlar.

Bir idmançının ən üstün xüsusiyyəti onun həqiqətən də səbrli, dözümlü olması, gücünü sadəcə idman arenasında sınamağı bacara bilməsidir. Hər kəs kimi sadə vətəndaş olduğunu unutmamalı olan idmançılar qayda və qanunlara əməl etməli, cəmiyyətə nümunə olacaq hərəkətlərlə gündəmə gəlməlidirlər.

Lakin bəzi idmançılarımız qeyd etdiyimiz nüansın əksinə - mənfi nüanslarla tanınıblar. Narkotik vasitələrin alış-satışını edən kim, reketlik edən kim, övladını öldürən kim...

Bakıvaxtı.az adı cinayət hadisələrində hallanan idmançılarla bağlı araşdırmanı təqdim edir.

Hələlik sonuncu sayılan hadisədən başlayaq.

Bir neçə gün öncə ağır atletika üzrə idmançı, əvvəllər məhkum olunmuş "Beton Xosrov" ləqəbli Xosrov Əhmədov azyaşlı övladını girov götürüb və daha sonra polis tərəfindən zərərsizləşdirilib.

Xosrov Əhmədov öz azyaşlı övladının boğazına bıçaq dirəyərək onu öldürəcəyini bildirib. Hadisə yerinə gələn polis əməkdaşları Xosrov Əhmədovu bu əməlindən yayındırmağa çalışıb. Dəfələrlə polisin qanuni tələblərinə və xəbərdarlıqlarına baxmayaraq, X.Əhmədov öz azyaşlı övladını öldürəcəyini bildirib. Polis əməkdaşları azyaşlının həyatını xilas etmək üçün Xosrov Əhmədovu zərərsizləşdirib.

Ağır atletika üzrə Azərbaycan çempionu Ümidvar Bayramlı Hövsan qəsəbəsi, MİDA yaşayış kompleksində tanışı Mirzə adlı şəxsi bıçaqlayıb. Onun tanışını bıçaqlamasında səbəb isə çox gülünc olub - Ümidvar Bayramlının zərərçəkmişə satdığı "Samsung A4" markalı telefon nasaz çıxdığı üçün onlar arasında mübahisə yaranıb. Nəticədə Azərbaycan çempionu bıçağa əl atıb.

Kikboksinq üzrə üçqat dünya çempionu, Əməkdar idman ustası Elman Mirzəyevində adı cinayətkar idmançılar sırasında çəkilir. Belə ki, onun 2021-ci ildə paytaxt sakini A.Ağayevdən satmaq adı ilə “Land Rover” markalı avtomobili alaraq dəyərini ödəyəcəyini bildirməsi, lakin hər hansı ödəniş etməyərək 263 500 manat ziyan vurması məlum olub.

Bundan başqa E.Mirzəyevin tanışı M.Əliyevə xaricdən “Range Rover Sport” və “Bentley” markalı avtomobillər gətirəcəyini vəd edərək 289 min manat alması, lakin vədinə tam əməl etməyərək vəsaitin 127 500 manatını ələ keçirməsi müəyyən edilib.

Şəkildəki 4 idmançımız da həbs edilən idmançılar sırasındadır. Onları təqdim edək: Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Rüfət Əsədov, Xəzər Rüstəmov, Vüqar Kərəmov.

Bu idmançıların həbs edilməsi uzaq keçmişə təsadüf etmir - Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər.

Bu şəxs isə sambo üzrə məşqçi olaraq fəaliyyət göstərmiş Mehman Xəlilovdur. Samboçunun ittihamı isə digər hadisələrdən daha dəhşətlidir - o, uşaqlara qarşı zorakılıq etməkdə günahlandırılıb.

Belə ki, Mehman Xəlilovun məşqdə azyaşlılara qarşı qəddar davranışlarını əks etdirən görüntülər yayılıb. O, tələbəsi Fərid Bakarovun saçından, başından, qulağından tutaraq havaya qaldırıb, həmçinin təpiklə vurub və digər təhlükəli hərəkətlər edib. Hadisə nəticəsində F.Bakarov vəfat edib.

MMA döyüşçüsü Anar Allahverənov isə 2011-ci il pauerliftinq üzrə dünya çempionatının 120 kq dərəcəsində gümüş medalçısı, rusiyalı Andrey Draçovu döyərək ölümünə səbəb olub.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR

07 Sentyabr 2024