• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Bakıda avtobus sürücüsü xəttə içkili çıxıb? - VİDEO

CƏMİYYƏT

29 Iyul 2024 | 11:40

Bakıda avtobus sürücüsü xəttə içkili çıxıb? - VİDEO

Bakıda sərnişin avtobusunun sürücüsünün xəttə içkili halda çıxdığı iddia edilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Qeyd olunu ki, sözügedən hadisə 77 saylı marşurut xətti üzrə hərəkət edən avtobuslardan birində qeydə alınıb. 

Şikayətçinin sözlərinə görə, dünən sərnişinlər Yeni Yasamalda axsham saat 21:30-dan etibarən 45 dəqiqə 77 saylı avtobusu gözləyiblər.

"Avtobusu kafelərdən birinin yanında saxlatmışdılar, sürücüsü yox idi. 45 dəqiqədən sonra sürücü ilə dispetçer gəldi. Dispetçer o qədər içmişdi ki, ayaq üstdə dayana bilmirdi. Sürücünün isə ayıq-olub olmamasından xəbərim yox idi. Sərnişinlər etirazını bildirəndə dispetçer onlarla dava etməyə başladı. Hətta dispetçer etiraz edənlərin birinin dayanacaqda düşməyini gözləyib, onunla bir yerdə düşdü. İstədi ki sərnişinlə əlbəyaxa dava etsin, imkan vermədilər.  Bu zaman sürücü də avtobusdan düşüb, həmin o etiraz edən sərnişinlə mübahisə etməyə başlayıb", - deyə şikayətçi qeyd edib.

Sözügedən görüntüləri təqdim edirik:


SON XƏBƏRLƏR

07 Sentyabr 2024