• Bakı 13° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

 "Meta" Avropa İttifaqının hədəfində: Araşdırma başlandı

DÜNYA

30 Aprel 2024 | 16:54

 Meta Avropa İttifaqının hədəfində: Araşdırma başlandı

Avropa İttifaqı "Facebook" və "Instagram"ın sahibi olan "Meta"ya qarşı araşdırmalara başlayıb.

Bakıvaxtı.az "Cumhuriyet"ə istinadən bildirir ki, bununla bağlı Avropa Komissiyası bəyanat yayıb. 

Bəyanata görə, qərarın başlıca səbəbi "Meta"nın platformalarında aldadıcı reklam və dezinformasiya ilə mübarizə aparmaqdır. 

Belə ki, "Meta"nın qarşıdan gələn Avropa Parlamenti (AP) seçkiləri öncəsi effektiv seçki müşahidə sistemi qurmadığı vurğulanıb. Eyni zamanda "Meta"nın platformalarında aldadıcı reklam və qeyri-rəsmi siyasi məzmunlu informasiyalara rast gəlinir. 

Bəyanatda bildirilib ki, komissiya əlavə məlumat və sübutların toplanmasına davam edəcək. Sonrakı mərhələdə "Meta"nın fəaliyyəti ilə bağlı müvafiq addımlar atılacaq. 

Qeyd edək ki, Avropa Parlamenti seçkiləri bu ilin 6-9 iyun tarixlərində keçiriləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR