“Ukrayna Rusiyaya hücum etmək üçün İtaliya silahlarından istifadə edə bilməz”.
Bakıvaxtı.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani deyib.
Məlumata görə, o, Kiyevə Roma tərəfindən verilən silahlardan ölkədən kənarda istifadə etməyi qadağan edib.
Bildirib ki, İtaliyadan gələn bütün silahlar Ukrayna daxilində istifadə edilməlidir.
İtaliya XİN rəhbəri həmçinin qeyd edib ki, İtaliya Ukrayna ərazisinə bir dənə də olsun əsgər göndərməyəcək.
Mina Mikayılova
















