• Bakı 27° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Belarus ATƏT Parlament Assambleyasının sessiyasına buraxılmadı

DÜNYA

29 Iyun 2024 | 11:40

Belarus ATƏT Parlament Assambleyasının sessiyasına buraxılmadı

Belarusun nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Buxarestdəki 31-ci sessiyasına buraxılmayıb.

Bakıvaxtı.az-ın “Беларусь Сегодня”ya istinadən məlumatına görə, bu barədə Parlamentin Mətbuat Xidmətindən məlumat verilib

Bildirilib ki, rəsmi Buxarest ölkənin qanunverici orqanı təmsil edən deputatlara viza verməkdən imtina edib. Bəyanatda sözü gedən addımın ATƏT-in baza prinsiplərinə zidd olduğu qeyd olunub: “Belarus ATƏT Parlament Assambleyasının iclasında aktiv şəkildə iştirak edir. 2017-ci ildə ölkəmiz qurumun 26-cı sessiyasına uğurla ev sahibliyi edib. Bu zaman 55 ölkəni təmsil edən parlament nümayəndə heyətlərinin fəaliyyəti üçün maksimal dərəcədə əlverişli şərait yaradılıb. Onu da bildiririk ki, ATƏT-in Parlament Assambleyası xüsusilə də hazırkı gərgin siyasi vəziyyətdə önəmli hesab olunan açıq və inklüziv dialoq meydançasıdır. Belarus nümayəndə heyətinin bu toplantının işinə buraxılmaması açıq diskriminasiyanın bariz nümunəsidir. Bu xüsusda Belarus nümayəndə heyəti sessiyanın gedişində ölkəmizə qarşı qəbul ediləcək istənilən qərarı tanımır” – bəyanatda belə deyilir.

Qeyd edək ki, ATƏT Parlament Assambleyasının növbəti sessiyası iyunun 29-dan iyulun 3-dək Rumıniyada keçiriləcək.


SON XƏBƏRLƏR