• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Tunisdə qayıq yandı: 14 balıqçı xilas edildi

DÜNYA

29 Iyul 2024 | 10:43

Tunisdə qayıq yandı: 14 balıqçı xilas edildi

Tunisin dəniz mühafizə dəstələri ölkənin şərqindəki Monastır əyalətinin sahillərində qayığı alovlanan 14 balıqçını xilas edib.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, yanğınla bağlı Sousse limanının nəzarət qülləsinə məlumat çatdırılıb. Yardım məqsədilə hadisə yerinə yaxın olan bir qrup balıqçı kömək göstərib.

Yanğını söndürmək, zədələnmiş qayığın bütün heyətini təxliyə etmək üçün dərhal Monastırın dəniz mühafizəsinə məxsus iki hərbi-dəniz bölməsi göndərilib. Onları Tebulba balıqçı limanına aparıblar.

Balıqçılar xilas edildikdən sonra dərhal yerli xəstəxanaya çatdırılıblar.

Əli Hüseynov


SON XƏBƏRLƏR

07 Sentyabr 2024