• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Afrikada meymunçiçəyi rekord həddə yayılıb - 23 min...

DÜNYA

28 Avqust 2024 | 08:58 | Müəllif: Əli Hüseynov

Afrikada meymunçiçəyi rekord həddə yayılıb - 23 min...

Bu ilin əvvəlindən Afrika ölkələrində meymunçiçəyinə (“mpox”) yoluxanların sayı 22,8 min nəfərə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə AP agentliyi Afrika İttifaqının tibb xidmətinə istinadla məlumat yayıb.

Məlumata görə, bu müddət ərzində xəstəliyə yoluxan 622 nəfər dünyasını dəyişib. Üstəlik, son bir həftə ərzində yoluxmaların sayı 2 dəfə artıb. Qitədə xəstəliyin ən çox yayıldığı ölkə Konqo Demokratik Respublikasıdır. Xəstəliyə ən həssas yaş qrupu isə 15 yaşa qədər uşaqlar və yeniyetmələrdir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026