• Bakı 22° C

    4.55 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

"Hizbullah"a peycer satan şəxs beynəlxalq axtarışa verildi

DÜNYA

27 Sentyabr 2024 | 00:12

Hizbullaha peycer satan şəxs beynəlxalq axtarışa verildi

Norveç Daxili İşlər Nazirliyi "Hizbullah"a peycer satmaqda şübhəli bilinən və sonra partlayış törədən 39 yaşlı ölkə vətəndaşı Rinson Xoseni beynəlxalq axtarışa verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. 

Qeyd olunur ki, Xose ötən həftə ABŞ-yə iş səfəri zamanı yoxa çıxıb. Həmin şəxs Bolqarıstanda şirkət qurb və bu şirkət Livandakı peycerlər üçün təchizat zəncirinin bir hissəsi olub. Sentyabrın 17-də Xose Bostonda konfransa gedib və ondan sonra norveçlini işə götürən şirkəti onunla əlaqə saxlaya bilməyib.

Bolqarıstan reyestrinə görə, Rinson Xose Sofiyada "Norta Global Ltd" şirkətini təsis edib. KİV-in məlumatına görə, Hizbullah tərəfindən satın alınan peycerlər "Norta Global Ltd"nin olub.


SON XƏBƏRLƏR