• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrail İrana ABŞ-ın nəzarətində olan İraq ərazisindən zərbələr endirib

DÜNYA

26 Oktyabr 2024 | 22:29 | Müəllif: Subhan Mahmudov

İsrail İrana ABŞ-ın nəzarətində olan İraq ərazisindən zərbələr endirib

İsrail İrana zərbələr endirmək üçün ABŞ ordusunun nəzarəti altında olan İraq ərazisindən istifadə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail “hava-yer” raketlərindən istifadə edərək İlam, Xuzistan və Tehran ostanlarında İranın stasionar radiolokasiya stansiyaslarını vurmağa cəhd edib.

Qeyd edək ki, İraqda 2,5 minə yaxın Amerika əsgəri var. ABŞ-ın rəhbərlik etdiyi koalisiya 2014-cü ildə ilk növbədə İŞİD terrorçularına qarşı mübarizə məqsədilə yaradılıb. Eyni zamanda Vaşinqton 900-ə yaxın amerikalı hərbçinin olduğu Suriyadakı hərbi kontingenti dəstəkləmək üçün İraqda mövcudluğunu saxlamağa çalışır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR