• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

192 reys ləğv edildi: 9300 sərnişin...

DÜNYA

28 Avqust 2024 | 10:35

192 reys ləğv edildi: 9300 sərnişin...

Yaponiyanı vurması gözlənilən “Şanşan” qasırğası səbəbindən reyslər ləğv edilib.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Yaponiyanın Kaqoşima və Miyazaki əyalətləri başda olmaqla ölkənin müxtəlif bölgələrində təsirli olacağı gözlənilən Şanşan qasırğası bu axşamdan etibarən həyata mənfi təsir edib.

Belə ki, Kaqoşima, Fukuoka və Miyazaki əyalətlərində həyata keçirilməsi gözlənilən ən az 192 reys tədbir olaraq ləğv edilib və ləğv edilən uçuşlardan təxminən 9300 sərnişinin təsirləndiyi açıqlanıb.

Səlahiyyətlilər yaxın saatlarda daha çox reysin ləğv oluna biləcəyi barədə xəbərdarlıq edib və sərnişinləri şirkətlərin ən son uçuş məlumatlarını izləməyə çağırıb.

Həmçinin bəzi yüksək sürətli qatarların hərəkətinin də dayandırılacağı bildirilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026