• Bakı 7° C

    0.56 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Harris Trampı qabaqlayır? - ABŞ-də SORĞU

DÜNYA

28 Avqust 2024 | 09:09 | Müəllif: Əli Hüseynov

Harris Trampı qabaqlayır? - ABŞ-də SORĞU

Demokratlar Partiyasından prezidentliyə namizəd, hazırda ABŞ-nin vitse-prezidenti olan Kamala Harris partiyanın qurultayından sonra amerikalılar arasında keçmiş respublikaçı prezident Donald Trampdan bir qədər daha populyardır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “The Hill” ictimai rəy sorğusunun nəticələrinə istinadla məlumat yayıb.

Florida Atlantik Universiteti və “Mainstreet Research USA” tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, respondentlərin 47%-i Harrisi, 43%-i isə Trampı dəstəkləyib.

Eyni zamanda, qadın respondentlərin 53%-i və kişilərin 45%-i Harrisə, qadınların 41%-i və kişilərin 47%-i Trampa üstünlük verib.

Sorğu avqustun 23-25-də keçirilib və səsvermədə 929 qeydiyyatdan keçmiş seçici iştirak edib. Statistik səhv 3,2 faiz bəndi təşkil edir.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026