• Bakı 22° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

İtaliyada güclü yağışlar 2 nəfərin canını aldı

DÜNYA

28 Avqust 2024 | 09:42

İtaliyada güclü yağışlar 2 nəfərin canını aldı

İtaliyada leysan yağışlar səbəbindən daşqın və sürüşmə nəticəsində 2 nəfər həlak olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Kampaniya bölgəsindəki  Talaniko qəsəbəsində dünən günortadan sonra başlayan şiddətli yağışdan sonra torpaq sürüşməsi baş verib.

Hadisə nəticəsində 2 nəfər həlak olub. Bildirilib ki, ölənlər eyni ailənin üzvləridir.

Sosial mediada yayılan görüntülərə görə, Kampaniya bölgəsində bəzi evlər və iş yerləri su altında qalıb, sürücülər maşınları ilə yollarda qalıb, bəzi nöqtələrdə torpaq sürüşməsi baş verib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

13 Sentyabr 2024