• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Səfirliyimizə qarşı təxribata çağıran Robinson həbs edildi

DÜNYA

29 Iyul 2024 | 10:46

Səfirliyimizə qarşı təxribata çağıran Robinson həbs edildi

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə qarşı dəfələrlə təxribat və aksiyaya çağıran britaniyalı jurnalist Tommi Robinson həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun “X” hesabında məlumat verilib.

41 yaşlı jurnalist terrorçuluq ittihamı ilə həbs edilib.

“The Guardian”ın məlumatına görə, o, Londonun mərkəzində böyük nümayiş təşkil etdikdən bir gün sonra Kent qraflığında həbs edilib. Bildirilir ki, Robinsonun təşkil etdiyi tədbir çərçivəsində şənbə günü minlərlə insan şəhərdə yürüş keçirib.

Qeyd edək ki, əsl adı Stiven Yaksli-Lennon olan Tommi Robinson dəfələrlə Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinə qarşı təxribata çağırıb, yerli erməni və ermənipərəst təşkilatları dəstəkləyib. O, bu ilin mayın 25-də Londonda yaşayan islamafob və irqçi qüvvələrin “Holland Park” ərazisində yerləşən Azərbaycanın Londondakı Səfirliyinin binası qarşısında keçirdiyi aksiyalara dəstək olub, öz tərəfdarlarını bu akiyalarda iştirak etməyə çağırıb.Qafqazinfo


SON XƏBƏRLƏR

07 Sentyabr 2024