• Bakı 20° C

    8.44 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Fransada təxribatdan sonra qatarların hərəkəti normallaşıb

DÜNYA

29 Iyul 2024 | 11:18

Fransada təxribatdan sonra qatarların hərəkəti normallaşıb

İyulun 26-na keçən gecə Fransada dəmir yollarında törədilən təxribatdan sonra qatarların hərəkəti tamamilə normallaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu “RTL” telekanalının efirində nəqliyyat naziri Patris Verqriet deyib.

“Bu səhər həm Şərq xəttində, həm də Atlantik xəttində bütün qatarlar işləyir, dünən hərəkət demək olar ki, normal vəziyyətdə olub, bu gün isə Şimal xəttində qatarlar normal işləyir”, – o bildirib.

Xatırladaq ki, Fransa Milli Dəmir Yolları Şirkəti (SNCF) cümə gününə keçən gecə dəmir yolu xətlərində bir neçə yanğının törədildiyi barədə məlumat verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

01 Oktyabr 2026