• Bakı 20° C

    2.78 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Türkiyədə meşələr yanıb: 10 ev...

DÜNYA

29 Iyul 2024 | 09:56

Türkiyədə meşələr yanıb: 10 ev...

Türkiyədə meşələrdə yanğın olub.

Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.

Məlumata görə, Adananın Kozan rayonunda meşə yanğınına havadan və qurudan müdaxilə edilir.

Rayonda əsən güclü külək nəticəsində alovun zeytun bağına keçdiyi, vətəndaşa məxsus zeytun bağının yandığı bildirilib.

Yanğına 2 təyyarə, 3 helikopter, 25 su çəni, 13 su çəni, 12 ilk müdaxilə maşını, 5 iş maşını və 280 canlı qüvvə ilə müdaxilə edilir.

Bölgədəki jandarma qrupları tədbir olaraq 10 evi təxliyə edib.

Bundan əlavə Kahramanmaraşda da meşədə yanğın olub.

Baş verən meşə yanğını qrupların müdaxiləsi nəticəsində nəzarət altına alınıb.

Yanğından sonra zərərin qiymətləndirilməsi işlərinin aparılacağı bildirilib.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026