• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Tramp yenidən ittiham olunur - KİV

DÜNYA

28 Avqust 2024 | 08:40 | Müəllif: Qalib İbrahimoğlu

Tramp yenidən ittiham olunur - KİV

Amerikanın sabiiq lideri, hazırda prezidentliyə namizəd Donald Tramp ABŞ seçkilərinin nəticələrinin təsdiqlənməsinə müdaxilə cəhdləri ilə bağlı yenidən ittiham olunub.

Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Məlumata görə, yeni rəy ölkə Ali Məhkəməsinin 1 iyul tarixli qərarı əsasında hazırlanıb. Buna əsasən, eks-prezidentin hüquqi təqibdən qismən toxunulmazlığı var.

Xüsusi ittihamçı siyasətçinin məhkəmə prosesinin davam etdiyi eyni ittihamlarla təqib edilməsinin zəruriliyində israr edir.

Tramp özü yeni ittihamnaməni seçkilərə müdaxilə və diqqəti ABŞ-ın vitse-prezidenti Kamala Harrisin uğursuzluqlarından yayındırmaq cəhdi adlandırıb.

Eyni zamanda, keçmiş ABŞ lideri ona qarşı bütün cinayət və mülki işlərə xitam verməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026