• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

ABŞ və Fransa hərbçilərinin onlara təlim keçdiyini etiraf etdilər

DÜNYA

29 Iyul 2024 | 10:50

ABŞ və Fransa hərbçilərinin onlara təlim keçdiyini etiraf etdilər

Türkiyə hərbçilərinin Suriya və İraqda saxladıqları YPG-yə mənsub terrorçular Fransa və ABŞ-nin onlara təlim keçdiyini etiraf ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Yeni Şafak” nəşrində dərc olunan materialda bildirilib.

Materialda həmçinin qeyd edilib ki, ərazidə terrorçulara təlimlər keçirilən xüsusi düşərgə var.

Bundan başqa, ABŞ-nin bölgədəki terrorçulara kamikadze PUA-lar göndərməsi də yayılan məlumatlar sırasındadır.

Xatırladaq ki, daha əvvəl ABŞ-nin Suriya və İraqdakı terrorçuları silahlandırmasına dair informasiya yayılmışdı.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada prosesin diqqətlə izlənildiyi diqqətə çatdırılmışdı.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024