Venesuelada keçirilən seçkilərdə müxalifət Nikolas Maduronun qələbəsini tanımayıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Venesueladakı müxalifət nümayəndələrindən biri Korina Maçado deyib.
Məlumata görə, Venesuela müxalifəti seçkilərdə sağçı namizəd Edmundo Qonzalesin qalib gəldiyinə inanır.
"Biz bütün venesuelalılara və dünyaya demək istəyirik ki, Venesuelanın yeni seçilmiş prezidenti var və bu Edmundo Qonzalesdir",- deyə Korina Maçado bildirib.
Mina Mikayılova
















