• Bakı 25° C

    3.05 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

Almaniya kanslerinin ofisi yaxınlığında bıçaqlanma - yaralılar var

DÜNYA

29 Iyul 2024 | 10:43

Almaniya kanslerinin ofisi yaxınlığında bıçaqlanma - yaralılar var

Berlində Federal Kansler Ofisinin yaxınlığında bıçaqlanma baş verib, nəticədə 4 nəfər yaralanıb.

Bakıvaxtı.az “Bild” nəşrinə istinadən xəbər verir ki, insident ötən gün axşam saatlarında Qustav Hayneman körpüsünün yaxınlığında - kanslerin iqamətgahına çox yaxın olan Şpreeboqen parkında qeydə alınıb.

Məlumata görə, ağır xəsarətlər alan 4 nəfər xəstəxanaya yerləşdilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs Berlin mərkəzi stansiyasının yaxınlığında saxlanılıb.

Bildirilir ki, insidentin səbəbi dava olub. Daha dəqiq motivlər hələlik məlum deyil.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024