• Bakı 13° C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Natiq Qasımovun qalıqlarının axtarışı hansı istiqamətdə aparılır? - AÇIQLAMA

Gündəm

30 Aprel 2024 | 14:16

Natiq Qasımovun qalıqlarının axtarışı hansı istiqamətdə aparılır? - AÇIQLAMA

"Qazıntılar təsdiq olunmuş plana uyğun olaraq Dövlət Komissiyasına məlum olan və BQXK tərəfindən komissiyaya təqdim olunan kooridantlar üzrə aparılır".

Bakıvaxtı.az xəbər verir ki,  bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov bu gün keçirilən brifinqdə Natiq Qasımovun qalıqlarının tapılması ilə bağlı suala cavabında deyib.

O bildirib ki, bundan başqa ərazidə tikinti-quruculuq işləri aparılır: "Bu işlər zamanı qalıqlar aşkarlanır və onların hansı dövrə aid olduğu dəyərləndirildikdən sonra qazıntı işləri bizim tərəfimizdən aparılır. Əgər onun itkinlərə aid olduğu ehtimal olunursa, o zaman Dövlət Komissiyasında təmsil olunan qurumlarla birlikdə iş aparır".

"Natiq Qasımova və digər bizim qəhrəmanlarımıza ermənilər tərəfindən hansı münasibətin göstərildiyi, beynəlxalq humanitar hüquq normalarını, qeyri-insani davranışları nəzərə alaraq qalıqların tapılmasının asan olmayacağını bildirmişik", - deyə E.Səmədov vurğulayıb.


SON XƏBƏRLƏR

17 May 2024