• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatıb

DÜNYA

30 Aprel 2024 | 19:36 | Müəllif: Subhan Mahmudov

Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatıb

Fransada məhbusların sayı ölkə üçün tarixi rekord həddə çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri ölkənin Ədliyyə Nazirliyinin yaydığı hesabata istinadla xəbər verib.

Bildirilib ki, bu il aprelin 1-nə ölkədə məhkumların sayı 77,4 min nəfərə çatıb. Bu, ötən illə müqayisədə 4,3 min nəfər çoxdur.

Eyni zamanda çarpayı olmadığından kameranın döşəməsində yatmağa məcbur edilən məhbusların sayı artıb. Belə ki, minlərlə məhbus döşəmənin üzərinə qoyulan döşəklərdə yatmağa məcbur edilib. 

“Aprelin 1-nə Fransa həbsxanalarında cəmi 61,5 min çarpayı var idi”, - deyə məqalədə vurğulanıb.

O da bildirilir ki, Avropa Şurası ötən ay həbsxanalarda sıxlıq problemindən dərin narahatlığını ifadə edib.

Müəllifin sözlərinə görə, Fransa hökuməti artıq məhbusların sürətli artımı ilə mübarizə aparmağa cəhd edib. Belə ki, bir aya qədər həbs cəzası qadağan edilib, ev dustaqlığına və ictimai işlərə üstünlük verilib. Lakin bu tədbirlər nəticəsiz qalıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026