"İsveçrə Ukrayna və Rusiyanı beynəlxalq hüququn tələblərinə uyğun olaraq hərbi əsirlərin müdafiəsini təmin etməyə çağırır".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin sözçüsü Pier-Alen Elçinqer deyib.
O, İsveçrənin mütəmadi olaraq beynəlxalq humanitar hüquqa və insan hüquqlarına ciddi şəkildə hörmət edilməsinin zəruriliyini vurğuladığını bildirib:
"Münaqişənin bütün tərəflərini hərbi əsirlərin müdafiəsi ilə bağlı beynəlxalq humanitar hüquqa hörmət etməyə çağırırıq".
Qeyd edək ki, bir müddət öncə BMT missiyası Ukrayna hərbçiləri tərəfindən rus məhbuslara qarşı 25 repressiya hadisəsi barədə məlumat verib.
Gülşən Şərif
















