• Bakı 21° C

    1.28 m/s

  • USD - 1.7

    EUR - 1.8497

    RUB - 0.0187

Yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək

DÜNYA

30 Aprel 2024 | 13:58

Yeni konstitusiyanın qəbulu barədə son qərarı TBMM verəcək

Türkiyədə yeni konstitusiyanın qəbulu ilə bağlı müzakirələr davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, siyasətçilər bu məsələdə fəallıq göstərirlər: “Mayın sonuna qədər siyasi partiyaların fikirlərini almaq istəyirik. Proseslər uğurla davam edərsə, nəticə əldə olunacağına inanıram”.

N.Kurtulmuş söyləyib ki, son qərarı TBMM verəcək: "Təkcə siyasilərin fikirləri ilə kifayətlənməyəcəyik. Həm də vətəndaş cəmiyyətlərinin fikirlərini öyrənəcəyik".


SON XƏBƏRLƏR

20 May 2024