Türkiyə Böyük Millət Məclisi BMT Təhlükəsizlik Şurasını İsrailin hücumlarının qarşısını almağa çağırıb.
Bakıvaxtı.az bu barədə "Haber Global"a istinadən xəbər verir.
Qərarda İsrail rəhbərliyinin qəzzalıların təhlükəsiz bölgə olaraq göstərilən Rəfahdakı çadırlarını yandırıcı silahlarla bombalayaraq yüzlərlə günahsız insanın qətlinə səbəb olduğu ifadə edilir.
"Netanyahu və dəstəsi bu cinayətlərlə dünyada bənzəri olmayan bir irqçilik nümayiş etdirirlər. Bu qırğınlara və insanlığa qarşı cinayətlərə səssiz qalmaması insan hüquqlarına dəyər verən hər bir fərdin və hər bir ölkənin borcudur”.
Məhəmməd Quluzadə
BDU tələbəsi
Bakıvaxtı.az
















