• Bakı 15° C

    2.32 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Rusiyada Xəzərdə axtarışlara başladı

DÜNYA

30 May 2024 | 09:27

Rusiyada Xəzərdə axtarışlara başladı

Rusiya Müdafiə Nazirliyi və Rus Coğrafiya Cəmiyyətinin (RSC) birgə ekspedisiyası Xəzər dənizində I Pyotrdan öncəki dönəmə aid batmış gəmilərin axtarışına başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Nazirliyinin Naviqasiya və Okeanoqrafiya İdarəsi, Rus Coğrafiya Cəmiyyəti və “Dəniz insanları” fondunun “Xəzərin dəniz tarixi-mədəni irsi” adlı birgə ekspedisiyasının ikinci mərhələsi Xəzər dənizinin Dərbənd limanı akvatoriyasında başlayıb”, - məlumatda qeyd olunub.

Sözgüedən ərazidə I Pyotrdan əvvəlki dövrə aid batmış gəmilər, su altında qalmış yaşayış məntəqələri və dəniz infrastrukturunun olması ehtimal olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR